Vardi İspaniyanın məşhur klubuna keçə bilər
23.05.2025 - 11:28
Vardi İspaniyanın məşhur klubuna keçə bilər

İngiltərənin "Lester Siti" klubunun hücumçusu Ceymi Vardi İspaniya çempionatında işləyə bilər.

Apasport.az xəbər verir ki, "Valensiya" hücumçunun xidmətində maraqlıdır.

Klubun baş məşqçisi Karlos Korberan Vardinin transferində israrlıdır.

Ceymi gələn yay "Lester"dən ayrılacaq.

Qeyd edək ki, bu mövsüm hücumçu 36 matçda iştirak edib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.