"Beşiktaş" Rafa Silvanın sağlamlıq vəziyyəti ilə bağlı məlumat yayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunçunun dünən keçirilən MRT müayinəsində onun bel ağrılarını izah edəcək hər hansı patoloji dəyişiklik aşkarlanmayıb.
Buna baxmayaraq, futbolçu bel ağrılarının davam etdiyini bildirərək bugünkü məşqdə də iştirak etməyib.
Futbolçuya tibbi heyət tərəfindən yüngül bel ağrısını aradan qaldırmaq üçün müayinə proqramı hazırlanaraq tətbiq olunacaq. Bu proqram oyunçuya və onun menecerinə də yazılı şəkildə göndərilib.
Qeyd edək ki, portuqaliyalı futbolçu bir müddətdir ağrılarını səbəb göstərərək komanda məşqlərində iştirak etmirdi.
- Vasili Berezutski: "Bizim istəyimizə uyğun futbolçu deyillər"
- Nigar Mirzəliyeva: "Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq"
- UEFA-dan Ukraynaya sərt cəza - 34 min avro
- "Çelsi" "Yuventus"dan forvard almaq istəyir
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb