Dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin KONKAKAF zonası üzrə XIII tur matçında Yamaykanı 4:0 hesabı ilə məğlub edən Kanada yığması mundialda iştirak hüququna yiyələnib.
Torontodakı qarşılaşmadan sonra 28 xalla turnir cədvəlinə başçılıq edən Kanadanın ilk “üçlüy”ü tərk etməyəcəyi dəqiqləşib. Bununla kanadalılar 36 illik həsrətə son qoyub. Buna qədər komanda birinci və sonuncu dəfə 1986-cı ildə mundialda iştirak edib, qrup mərhələsinin hər üç görüşündə məğlub olub.
Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika