İtaliya millisinin futbolçusu Corco Kyellini “Yuventus”u tərk etməyi planlaşdırır.
Apasport.az saytının məlumatına görə, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq müdafiəçi mövsümün sonunda Turindən ayrılmaq niyyətindədir.
Anlaşmasını ötən yay uzadan Kyellininin fikrini dəyişməsinə İtaliya yığmasının DÇ-2022-yə çıxmaması səbəb olub. 37 yaşlı veteran bu üzdən də ABŞ-a köçmək fikrindədir.
O, həm MLS-də çıxış etmək, həm də menecer təcrübəsi qazanmaq əzmindədir. Müdafiəçi gələcəkdə “Yuventus”un rəhbərliyində yer almaq üçün bu təcrübəni zəruri sayır.
Qeyd edək ki, Kyellini 2005-ci ildən Turin təmsilçisində oynayır.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika