Adı "Fənərbaxça" ilə hallanan sabiq "Neftçi"li İtaliya yolunda
18.01.2024 - 10:35
“Neftçi”nin sabiq futbolçusu Mateus Saldanya İtaliya A seriyasına keçə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, “Torino” “Partizan”ın (Serbiya) hücumçusu ilə maraqlanır.
Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlamasında keçmiş "Neftçi"li barəsində müsbət fikirlər səsləndirib. “Neftçi”nin heyətində Saldanyanı izlədiyini bildirən 67 yaşlı çalışdırıcı onun Serbiya çempionatında da yüksək performans sərgilədiyini bildirib.
Qeyd edək ki, Mateus Saldanya “Neftçi”də 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında çıxış edib.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
1
0