"Arsenal" ardıcıl beşinci qələbəsini qazanıb
28.12.2025 - 00:27
"Arsenal" ardıcıl beşinci qələbəsini qazanıb

“Arsenal” qələbə seriyasını davam etdirərək ardıcıl beşinci oyunda da meydanı qalib tərk edib.

Apasport.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi London təmsilçisi İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Brayton”u 2:1 hesabı ilə məğlub edib.

“Topçular” bundan əvvəl də uğurlu çıxışları ilə diqqət çəkmişdi. “Arsenal” ardıcıl oyunlarda “Klub Brügge”ni (3:0), “Vulverhempton”u (2:1), “Everton”u (1:0) və “Kristal Palas”ı məğlub etməyi bacarıb. 

Hazırda yaxşı formada olan “Arsenal” növbəti oyununu “Aston Villa”ya qarşı keçirəcək.