"Axmat" braziliyalı müdafiəçinin transferini açıqladı
18.01.2024 - 12:46
“Axmat” futbol klubu daha əvvəl “Slovan”da çıxış etmiş braziliyalı müdafiəçi Lukas Lovatın transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu "Axmat"la 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Oyunçu 2020-ci ilin yanvarından "Slovan"da çıxış edir.
“Transfermarkt” braziliyalı müdafiəçinin bazar qiymətini 600 min avro olaraq qiymətləndirir.
Qeyd edək ki, "Axmat" bu mövsüm Rusiya Premyer Liqasının ilk turundan sonra 17 xal toplayaraq turnir cədvəlində 13-cü yerdədir.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0