"Barsa" dünya çempionunu transfer etməyəcək
29.12.2025 - 09:36
“Benfika”nın mərkəz müdafiəçisi Nikolas Otamendinin qış transfer pəncərəsində “Barselona”ya keçidi baş tutmayacaq.
Apasport.az xəbər verir ki, qış transfer dönəmində “blauqrana”nın hədəfləri sırasında adı hallanan 37 yaşlı futbolçu ilə bağlı yayılan iddiaların əsası yoxdur.
Kataloniya klubu argentinalı müdafiəçinin transferində maraqlı deyil və müdafiə xətti üçün digər variantları dəyərləndirir.
Nikolas Otamendinin “Benfika” ilə mövcud müqaviləsi 2026-cı ilin ortalarınadək qüvvədədir.
Qeyd edək ki, Otamendi 2022-ci ildə Argentina millisi ilə Dünya çempionatının qalibi olub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0