"Çelsi" 16 yaşlı hücumçu üçün 60 milyon avro ödəyəcək
13.01.2024 - 14:59
"Palmeyras"ın 16 yaşlı hücumçusu Estevao Villian karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Apasport.az bu barədə "DeadlineDayLive" nəşrinə istinadla xəbər verir.
Mənbənin məlumatına görə, Londonun "Çelsi"si istedadlı braziliyalını transfer etməkdə maraqlıdır.
"Təqaüdçülər"in nümayəndələri oyunçu ilə müqavilə danışıqları aparmaq üçün Braziliyaya uçublar.
Qeyd edək ki, Villianın transferi üçün təzminat məbləği 60 milyon avrodur.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0