“Çelsi”dən 2 yeni transfer
20.03.2025 - 12:21

İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi" heyətini 2 futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Sportinq"dən 17 yaşlı yarımmüdafiəçi Covanni Kenda və 20 yaşlı müdafiəçi Dariu Esuqa ilə danışıqlar müsbət yekunlaşıb.
"Zadəganlar" 2 futbolçu üçün 74 milyon avro ödəyib.
Qeyd edək ki, icarə əsasında "Las Palmas"da oynayan Esuqu 2025-ci ilin yayında, daha bir il “Sportinq”də qalacaq Kenda 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0