Premyer Liqada maliyyə dayanıqlığı qaydalarını pozduğuna görə, 10 xal cərimələnən "Everton" bu mövsüm daha bir cəza ilə üzləşə bilər.
Apasport.az "Athletic"ə istinadla xəbər verir ki, "Everton" və "Nottingem Forest" liqanın maliyyə qaydalarını pozduqları səbəbiylə müstəqil komissiyaya sövq ediləcək.
Məsələ ilə bağlı hər iki komandanın lazımi sənədləri hazırladığı və özlərini müdafiə edəcəkləri, təqsirli olduqları təqdirdə cərimə və ya xallarının silinəcəyi bildirilib.
Qeyd edək ki , İngiltərə Premyer Liqasının turnir cədvəlində "Nottingem Forest" 20 xalla 15-ci, "Everton" 17 xalla 17-ci pillədə qərarlaşıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU