“Fənər” nigeriyalı müdafiəçini komandada saxlayacaq
27.06.2025 - 17:09
“Fənər” nigeriyalı müdafiəçini komandada saxlayacaq

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça”, komandadan ayrılması gündəmdə olan Bray Osayi-Samuel ilə razılıq əldə edib.

Apasport.az xəbər verir ki, nigeriyalı müdafiəçi “sarı-lacivərdlilər”lə 3 illik yeni müqavilə imzalayacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu illik 1,9 milyon avro məvacib alacaq.

Qeyd edək ki, 27 yaşlı oyunçu 2021-ci ildən “Fənərbaxça”nın şərəfini qoruyur.