"Fənərbaxça" Avropada liderdir
19.01.2024 - 12:28
"Fənərbaxça" bu mövsüm bütün turnirlərdə 33 matçda 97 qol vurub.
Apasport.az xəbər verir ki, "sarı-kanarya" bu performansı ilə Avropa nəhənglərini geridə qoyub. 33 oyunda 97 qol vuran Türkiyə təmsilçisi Avropaya liderlik edir.
29 matçda 85 qol vuran PSV ikincidir. Siyahının üçüncüsü isə 26 matçda 82 qol vuran "Bayer"dir.
Xatırladaq ki, komandanın bombardiri 20 qol vuran Edin Ceko, ikincisi isə 13 qolla Mişi Batşuayidir.
Qeyd edək ki, qolların sayına ən çox töhfə verən digər adlar Sebastian Şimanski (12), İrfan Can Kahveci (11) və Duşan Tadiç (11) olub .
- PSJ-dən Çempionlar Liqasında Fransa rekordu
- Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
- “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
4
0