"Lion"dan "Fənərbaxça"ya təklif
16.01.2024 - 12:40
"Fənərbaxça"da çıxış edən türkiyəli futbolçu İsmail Yüksekə Fransadan təklif var.
Apasport.az "Lequipe" nəşrinə istinadla xəbər verir ki, "Lion" 24 yaşlı futbolçunu transfer etmək istəyir. Fransa klubu türkiyəli üçün 8 milyon transfer məbləği və bonuslar təklif edib.
Bu mövsüm "Fənərbaxça"nın heyətində 28 matça çıxan İsmail Yüksek 1 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, yarımmüdafiəçinin "sarı-lacivərd"li klubla 2027-ci ilə qədər müqaviləsi var.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0