“Mançester Siti”nin 20 yaşlı futbolçusu Bundesliqada
06.01.2026 - 14:18
“Mançester Siti”nin müdafiəçisi Jamai Simpson-Pusey karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında “Köln” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında bağlanan müqavilə 2025/2026 mövsümünün sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Almaniya çempionatında 15 turdan sonra “Köln” 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
0
0