“Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Ake karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiə xəttini gücləndirmək məqsədilə “Siti”nin futbolçusunu transfer siyahısına daxil edib.
Akenin özü də karyerasını “Kamp Nou”da davam etdirməyə müsbət yanaşır.
Lakin tərəflər arasında maliyyə və müqavilə şərtləri ilə bağlı fikir ayrılığı mövcuddur. Belə ki, “Mançester Siti” niderlandlı müdafiəçini tam transfer yolu ilə satmaq niyyətindədir. “Barselona” isə futbolçunu satınalma hüququ ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, Natan Ake 2020-ci ildən “Mançester Siti”nin formasını geyinir. Müdafiəçinin İngiltərə klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.