“Mançester Yunayted”dən "Sevilya"ya
16.01.2024 - 14:08
“Mançester Yunayted”in futbolçusu Hannibal Mejbri icarə əsasında "Sevilya"ya keçib.
Apasport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər La Liqa klubunda forma geyinəcək.
Hannibal 2019-cu ilin yayında “Monako”dan 10 milyon avroya “Mançester Yunayted”ə transfer olunub.
Qeyd edək ki, futbolçu “qırmızı şeytanlar”ın əsas heyətində 13 oyuna çıxıb və 1 qol vurub.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
1
0