Matiç "Renn"də qalacaq
15.01.2024 - 21:30
Nemanya Matiç "Renn"də qalacaq.
Apasport.az xəbər verir ki, klub onunla yollarını ayırmağı düşünmür.
Serbiyalı yarımmüdafiəçi ötən həftə fransalıların rəhbərliyi ilə münaqişə yaşayıb. Bundan sonra o, məşqi yarımçıq qoyaraq Londona qayıtmaq qərarına gəlib.
Futbolçu bu gün növbəti dəfə “Renn” rəhbərliyindən müqaviləyə xitam verilməsini istəsə də, qəti şəkildə rədd cavabı alıb.
Qeyd edək ki, Matiç avqustda "Roma"dan 2,5 milyon avroya "Renn"ə keçib.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0