"Nyukasl" Fillipsdən imtina etdi
15.01.2024 - 22:02
"Nyukasl" Kelvin Fillipsdən imtina edib.
Apasport.az xəbər verir ki, buna səbəb "Mançester Siti"nin tələbləri olub.
"Sağsağanlar" futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyib. Lakin “şəhərlilər” yüksək icarə haqqı və oyunçunun yayda məcburi satışını tələb edib. Belə olan halda "Nyukasl" transferdən imtina edib.
Qeyd edək ki, 28 yaşlı ingilis 2022-ci ilin yayında "Lids"dən 49 milyon avroya "Mançester Siti"yə keçib.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0