Qabriel Jezus “Barselona”da – 2029-cu ilədək müqavilə
01.09.2026 - 17:25
Qabriel Jezus “Barselona”da – 2029-cu ilədək müqavilə

“Arsenal”ın hücumçusu Qabriel Jezus karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu “Barselona”ya transfer olunub.

29 yaşlı forvard Kataloniya təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Jezus 2022-ci ilin iyulunda “Mançester Siti”dən “Arsenal”a keçib. O, London klubunun heyətində bütün turnirlərdə 123 matça çıxaraq 32 qol vurub. Hücumçu 2025-ci ilin yanvarında dizindən ağır zədə alaraq uzun müddət yaşıl meydanlardan kənarda qalıb.

“Palmeyras”ın yetirməsi olan Qabriel Jezus Braziliya millisinin heyətində Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin 2018 və 2022-ci il dünya çempionatlarında iştirak edib.

Qeyd edək ki, braziliyalı futbolçu “Mançester Siti” və “Arsenal”ın heyətində Premyer Liqada ümumilikdə 200-dən çox oyun keçirib və 70-dən çox qol vurub.