"Real"ın qapıçısı "Bavariya" yolunda
18.01.2024 - 22:42
"Real"ın qolkiperi Andrey Lunin karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Apasport.az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" ukraynalını heyətinə qatmaq üçün hərəkətə keçib.
Almaniya nəhəngi Luninə Manuel Noyerin əvəzləyicisi kimi baxır. Bu mövsüm "Real"da 11 oyunda meydana çıxıb 7 qol buraxan Andrey özü də komandadan ayrılmaq niyyətindədir. Yaxın günlərdə keçidin baş tutacağı gözlənilir.
Onun "Real"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- PSJ-dən Çempionlar Liqasında Fransa rekordu
- Kimmix “Bavariya”nı sərt tənqid etdi – Musiala ilə bağlı qalmaqal
- “Beşiktaş”, “Milan” və “Yuventus”un oyunları bu kanallarda – TV AFİŞA
- Poçettinodan “Sportinq”lə heç-heçə sonrası etiraf: “Hələ bir həftədir...”
- Emre Belözoğlu: "Fənərbaxça" buralara yaraşır"
0
0