"Roma" Mourinyo ilə yolları ayırdı
16.01.2024 - 12:50
"Roma" baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb.
Apasport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliya klubu təcrübəli çalışdırıcının müqaviləsinə xitam verildiyini açıqlayıb.
Xatırladaq ki, 60 yaşlı mütəxəssis 2021-ci ildən "sarı-qırmızılı" komandaya rəhbərlik edib. Portuqaliyalı çalışdırıcı 2022-ci ildə “Roma” ilə Konfrans Liqasının qalibi olub, Avropa Liqasının isə gümüş medallarını qazanıb.
Qeyd edək ki, cari mövsüm A seriyasında keçirdiyi son 5 matçda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə edən "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0