"Roma" "Yuventus"un müdafiəçisinə elçi düşdü
04.01.2024 - 20:35
"Yuventus"un müdafiəçisi Din Haysen "Roma"ya keçə bilər.
Apasport.az xəbər verir ki, "canavarlar" futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Lakin turinlilər arxa xətt oyunçusunu "Frozinone"yə icarəyə vermək niyyətindədir. Artıq tərəflər razılığa gəlib. Haysenin özü karyerasını "Roma"da davam etdirmək istəyir. Joze Mourinyonun niderlandlı ilə əlaqəyə keçdiyi bildirilir.
Qeyd edək ki, "Yuventus" nümayəndələri mövcud vəziyyəti müdafiəçinin nümayəndələri ilə müzakirə edir.
- "Qalatasaray" Kamavinqaya elçi düşdü: 35 MİLYON AVRO
- Deniz Güllə razılıq əldə olundu - RƏSMİ
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
0
0