"Fənərbaxça" Serbiyanın "Partizan" komandasının braziliyalı hücumçusu Mateus Saldanya üçün rəsmi təklif edib.
Apasport.az xəbər verir ki, məsələ ilə bağlı klub meneceri Miloş Vazura "Teleqraf Serbiya"ya açıqlama verib.
Vazuranın açıqlamasına görə, Saldanyaya "Tuluza", "Beşiktaş" və "Fənərbaxça"dan maraq var.
Lakin Serbiya komandası yaya qədər heç bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırmır: "Mateus Saldanya transfer edilməyəcək. Türk klubunun və digər komandaların təklifləri bizi maraqlandırmır. Klub öz işini davam etdirir".
Braziliyalı futbolçu cari mövsümdə 18 liqa matçında 14 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, M.Saldanya 2023-cü ildə icarə əsasında formasını geyindiyi "Neftçi"nin heyətində yarım mövsümdə 5 qolla yadda qalmışdı.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU