“Bizə matçları normal idarə edə biləcək peşəkar hakimlər lazımdır”.
Apasport.az xəbər verir ki, “Salernitana”nın prezidenti Danilo Ervolino İtaliya çempionatının 20-ci turunun “Napoli” ilə oyunundan sonra baş hakim Livio Marinellinin işini tənqid edib.
Klub rəhbəri referinin idarəçiliyini yarıtmaz adlandırıb: “Biz bütün ədalət təmsilçilərinin əvəz olunmasını və hakimlər komitəsinin rəhbəri Canluka Rokkinin istefasını tələb edirik. Balıq başdan çürüyür. “Napoli” ilə oyundakı qalmaqallı və təhqiramiz hakimliyi təsvir etməyə sözüm yoxdur. Bu, klubumuz üçün alçaldıcıdır. Biz A Seriyasında qalmaq üçün mübarizə aparsaq da, yarı peşəkar hakimlərin gülünc səhvləri nəticəsində xal itiririk. Ölkə futbolunun bu xəstəlikdən qurtulması üçün köklü dəyişikliklərə ehtiyac var".
Qeyd edək ki, A seriyasının “Napoli” - “Salernitana” görüşü ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hazırda 20 matçdan sonra "Salernitana" 12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU