Ter Ştegen meydanlara dönür
05.02.2024 - 13:51
Kataloniya “Barselona”sının qapıçısı Mark-Andre Ter Ştegen meydana qayıtmağa hazırdır.
Apasport.az xəbər verir ki, alman qolkiper İspaniya çempionatının “Qranada” ilə oyununda “blauqrana”nın start heyətində yer alacaq. Görüş fevralın 11-də baş tutacaq.
Xatırladaq ki, Ter Şteqen belindən əməliyyat olunduğu üçün 3 aydır, oyunları buraxır. Ötən gün o, komandanın ümumi qrupu ilə məşqlərə yenidən başlayıb.
Qeyd edək ki, bu La Liqa mövsümündə Mark-Andre 13 oyun keçirib və 13 qol buraxıb. Almaniyalı 6 oyunda qapını təmiz saxlayıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0