“Beşiktaş”ın futbolçusu Semih Kılıcsoy Türkiyə millisinə dəvət olunacaq.
Apasport.az yerli mətbuata istinadla xəbər verir ki, 18 yaşlı gənc futbolçu “ay-ulduz”lu komandanın baş məşqçisi Vinçenso Montellanın diqqətini çəkə bilib.
İstanbul klubunun xüsusilə son oyunlarında tez-tez qol vuran forvardın Türkiyə millisinin qarşıdakı oyunlarına çağırılacağı bildirilir. Qardaş ölkənin milli komandasında son vaxtlar hücumçu probleminin olduğunu nəzərə alsaq, deməli Semih özünü yaxşı tərəfdən göstərə biləcəyi təqdirdə, AVRO-2024-də milli komandanın heyətində yer almaq şansına malik olacaq.
Qeyd edək ki, bu mövsüm “Beşiktaş” forması ilə 15 matça çıxan Kılıcsoy aktivinə 6 qol və 1 məhsuldar ötürmə yazdırıb.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU