“Hazırlıqlar yaxşı gedir. Məqsəd Olimpiadadan medalla qayıtmaq, Azərbaycanın bayrağını dalğalandırmaqdır”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev deyib.
Tokio-2020 Yay Olimpiya Oyunlarında 63 kq çəki dərəcəsində mübarizə aparacaq boksçu Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə fikirlərini bölüşüb. Dünya çempionumuz Tokioya medal qazanmaq üçün yollanacağını deyib: “Olimpiadaya vəsiqə qazanmaq yolunda elə bir çətinliyim olmadı. Rəqiblərimə qalib gələrək lisenziya əldə etdim. Pandemiya da təlimlərə maneə yaratdı. Məşqləri istədiyimiz vaxt edə bilmirdik. Buna baxmayaraq, məşqlərimizdən qalmadıq. Nəticəsi də göz önündədir. Olimpiadada rəqiblər məndən qorxmalıdır. Təbii ki, bunu rinqdəki döyüşlər göstərəcək”.
Qeyd edək ki, Tokio-2020 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”