Geridə qalan AVRO-2020 bir çox futbolçunun kəşfinə yol açıb.
Apasport.az saytının məlumatına görə, bununla yanaşı, bəzi tanınmış simalar da yenidən parlaq çıxışla yüksəlişə keçməyin siqnalını verib.
Britaniya mətbuatının açıqladığı AVRO-2020-də ən çox yüksəlişə keçən 10 futbolçudan 3-ü sürpriz şəkildə yarımfinala qədər irəliləyən Danimarka millisinin üzvüdür.
AVRO-2020-nin parlayan ulduzları aşağıdakılardır:
1. Patrik Şik (Çexiya)
2. Pedri (İspaniya)
3. Kalvin Fillips (İngiltərə)
4. Manuel Lokatelli (İtaliya)
5. Aleksander İsak (İsveç)
6. Denzel Dumfris (Niderland)
7. Mikkel Damsqard (Danimarka)
8. Yoakim Mehle (Danimarka)
9. Ceremi Doku (Belçika)
10. Kasper Dolberq (Danimarka)
Qeyd edək ki, finalda İngiltərəni oyunsonrası penaltilərlə məğlub edən İtaliya Avropa çempionluğunu qazanıb.
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”