AVRO-2020-nin yarımfinal və final oyunlarına 65 min tamaşaçı buraxılacaq.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Böyük Britaniya hökuməti Londondakı “Uembli” stadionuna bu sayda azarkeşin buraxılmasına icazə verib.
Bu, UEFA ilə öncədən əldə olunan razılığın tam əməl olunması məqsədilə atılıb. Oyunu izləmək istəyənlər ya vaksinasiya barədə sənəd, ya da son 72 saat ərzində verilən mənfi nəticəli testi göstərməlidir.
Böyük britaniyalılar 65 min azarkeşin buraxılmasına o şərtlə razılaşıb ki, ölkə xaricindən tamaşaçılar gəlməsin. UEFA-nın tələbi ilə 2500 yaxın rəsmi şəxslə bağlı rəqəm də azaldılacaq. Əks halda həmin şəxslər Böyük Britaniyada karantinə alınacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”