Azərbaycandan ayrıldı – Türkiyə millisi
21.06.2021 - 13:33
Türkiyə millisi Azərbaycandan ayrılır.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, AVRO-2020-də keçirdiyi hər üç oyunda məğlub olaraq turnirlə vidalaşan “ay-ulduzlular” az əvvəl paytaxtımızda qaldıqları oteldən ayrılıb. Hava limanına yollanan Şenol Günəşin kollektivi bu gün Türkiyəyə dönəcək.
Qeyd edək ki, Türkiyə millisi yer aldığı A qrupundakı matçlarda Romada İtaliyaya (0:3), Bakıda isə Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olub.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0