Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri paytaxt Bakıda təlim-məşq toplanışını davam etdirirlər.
Apasport.az saytının məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.
Bildirilib ki, iyun ayının ortalarından başlayaraq əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini ACF-in rəhbərliyi də yaxından izləyir. Cüdoçularımız dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçularımız iştirak edirlər.
Rüstəm Orucov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Orxan Səfərov, Murad Fətiyev, Kəramət Hüseynov, Uşangi Kokauri və Hidayət Heydərov baş məşqçi Ruslan Maşurenko ilə məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.
Qeyd edək ki, cüdo üzrə milli komandamız qarşıdan gələn Tokio Yay Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçularımız iyulun 1-dən 10-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”