AVRO-2020-də qrup üçüncüsü kimi 1/8 finala yüksələn ilk komanda müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, üç qrupda mübarizə başa çatdıqdan sonra rəsmiləşib.
A, B və C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik olan komanda “dördlük”də yerini təmin edib. Söhbət 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan gedir.
Ən azı 2 qrupdakı qiyabi rəqibini qabarlamaq isə 1/8 finala vəsiqə üçün yetərli olub. A qrupunun üçüncüsü olan İsveçrə bu vəsiqəni əldə edib. Onlar hərəyə üç xal toplayan Ukrayna və Finlandiyadan daha yaxşı nəticəyə malikdir.
|
A |
İsveçrə |
3 |
1 |
1 |
1 |
4-5 |
4 |
|
C |
Ukrayna |
3 |
1 |
0 |
2 |
4-5 |
3 |
|
B |
Finlandiya |
3 |
1 |
0 |
2 |
1-3 |
3 |
3-cü yer sahiblərindən ikisinin aktivində 3 xal olması daha dörd komandanın 1/8 finala yolunu açıb. Bunlar Çexiya, İngiltərə, İsveç və Fransa milliləridir.
Adıçəkilən yığmalar öz qruplarında ilk üç yerdən birini təmin edib. Aktivində 4 xal olan həmin millilər 3-cü olsa belə, Ukrayna və Finlandiyanı qabaqlayacaqlar.
Qeyd edək ki, İtaliya və Uels A, Belçika və Danimarka B, Niderland və Avstriya C qrupunda ilk iki yerin sahibi kimi 1/8 finala yüksəlib.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”