Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev(90 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin son yarış günündə bürünc medal qazanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan cüdoçusu Şermuhammed Jandreyevi məğlub edib.
Daşkənd turnirinin üçüncü günü
millimizin daha 2 üzvü tatami üzərinə çıxıb. Uşangi Kokauri(+100 kq) 5-ci yeri tutub, Aslan Mirzəyev (100 kq) isə ilk görüşdə uduzub.
Qeyd edək ki, beynəlxalq yarışın 2-ci günü Rüstəm Orucov(73 kq) millimizə bürünc medal qazandırıb.
Cüdo millimiz yarışa 10 kişi və 2 qadın idmançı ilə qatılıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”