Fransa millisinin uğurlu seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, “üçrənglilər” 11 ildən sonra 1/4 finala həsrət qalıb.
Son belə uğursuzluğu DÇ-2010-a təsadüf edən fransalılar AVRO-2012, DÇ-2014, AVRO-2016 və DÇ-2018-də 1/4 finalda oynayıb. Didye Deşamın yetirmələrini 3:3 hesabı ilə bitən matçın penaltilər seriyasında (5:4) məğlub edən İsveçrə isə ilklərə imza atıb. Yığma tarixində ilk dəfə Avropa çempionatında bu mərhələyə yüksəlib. İsveçrəlilərin 1/4 finalda oynaması sonuncu dəfə DÇ-1954-də gerçəkləşib. Bunadək iki dəfə penaltilər seriyasında qüvvəsini sınayan və hər iki halda uduzan İsveçrə ilk dəfə “lotereya”da qalib gəlib.
Fransa isə dünya və Avropa çempionatlarındakı 7 seriyadan 4-də uduzub. Ardıcıl ikinci dəfə penaltilərdə uduzan “üçrənglilər”in son “lotereya”sı DÇ-2006-nın İtaliya ilə final matçına təsadüf edib. Onda da fransalılar uduzan tərəf olub.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”