İspaniyadan “5” – tarixində ilk 
23.06.2021 - 21:15
İspaniyadan “5” – tarixində ilk 

İspaniya millisi ardıcıl 5-ci dəfə penalti zərbəsindən yararlanmayıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin qrup mərhələsinin III turunun Slovakiya ilə matçında Alvaro Moratanın zərbəsini qapıçı dəf edib.

İspaniyalılar bundan əvvəlki 4 penaltini də qaçırıb. Jerar Moreno AVRO-2020-nin II turunun Polşa ilə matçında (1:1), Abel Ruis Litva ilə yoldaşlıq oyununda (4:0) dəqiq olmayıb. Serxio Ramos isə Millətlər Liqasının İsveçrə ilə görüşündə (1:1) iki dəfə 11 metrlik cərimə zərbəsini qaçırıb.

Qeyd edək ki, ardıcıl 5 penaltinin qeyri-dəqiq olması İspaniya yığmasının 101 illik tarixində ilk belə seriyadır.