AVRO-2020-nin 1/4 final mərhələsinin ilk oyununda İspaniya və İsveçrə milliləri qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, bu, iki komanda arasında 23-cü matç olacaq.
Əvvəlki qarşılaşmalarda aşkar üstünlük İspaniyanın tərəfindədir. 16 qələbə və 5 heç-heçəsi olan pireneylilər cəmi 1 dəfə uduzub. Top fərqindəki üstünlük də nəzərəçarpacaq dərəcədədir – 48:18.
İsveçrənin yeganə tarixi qələbəsi DÇ-2010-a təsadüf edib. Avropa çempionu mundiala məğlubiyyətlə başlasa da, sensasiyadan sonra qələbələri sıralayaraq dünyada da ən güclü olduğunu sübut etdi.
Rəsmi turnirlər çərçivəsində ümumilikdə 7 matç baş tutub. İspaniya məğlubiyyətdən başqa, 4 qələbə və 2 heç-heçəyə nail olub. 13 qol vuran pireneylilər 6 top buraxıb.
İspaniya – İsveçrə: rəsmi turnirlərdəki oyunlar
DÇ-1958, seçmə mərhələ
İspaniya – İsveçrə - 2:2, 4:1
DÇ-1966, qrup mərhələsi
İspaniya – İsveçrə - 2:1
DÇ-1994, 1/8 final
İspaniya – İsveçrə - 3:0
DÇ-2010, qrup mərhələsi
İspaniya – İsveçrə - 0:1
Millətlər Liqası-2021, qrup mərhələsi
İspaniya – İsveçrə - 1:0, 1:1
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”