FİDE şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlseni mükafatlandırıb.
Apasport.az saytının məlumatına görə, qrossmeysterə Svyatozar Qliqoriç adına Feyr-pley mükafatı verilib.
Buna Karlsenin təxminən bir il əvvəlki hərəkəti səbəb olub. O, özünün təşkilatçısı olduğu onlayn şahmat üzrə turnir zamanı Din Lirenlə görüşdə təqdirəlayiq addım atdı.
İlk partiyada internet əlaqəsi kəsilən çinli şahmatçı uduzub. İkinci oyunun 4-cü gedişində vəzirini bilərəkdən qurban verən Maqnus dərhal təslim olub.
Bu, FİDE-nin diqqətindən yayınmayıb. Rusiyanın Soçi şəhərində keçirilən Dünya kubokunun ilk oyunları ərəfəsində qurumun və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mükafatı Maqnusa təqdim edib.
Qeyd edək ki, dünya kubokunun iştirakçılarından biri də məhz belə feyr-pley addımına görə turnirə dəvət alıb. 19 yaşlı slovakiyalı Erqus Pexats Dünya kubokunun seçmə mərhələsindəki hərəkətinə əsasən belə dəyərləndirilib. O, səhvən vəzirini rəqibinə verən Boriq Qelfandın bu səhvinin qarşılığında dərhal heç-heçə təklif etməsi ilə diqqət çəkib.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”