Meydanın mərkəzində Bakını əks etdirən plakat açıldı - Türkiyə - Uels oyunu öncəsi
16.06.2021 - 19:50
Türkiyə - Uels oyunu öncəsi açılış mərasimi olub
AVRO-2020-nin qrup mərhələsinin II turunda Türkiyə yığması Uelslə qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək matç öncəsi açılış mərasimi baş tutub.
Tədbirdə iyunun 12-də keçirilən Uels – İsveçrə matçında olduğu kimi, Bakını əks etdirən və üzərində Avropa çempionatının kuboku olan böyük plakat meydanın mərkəzində açılıb, həmçinin Türkiyə və Uels yığmasının forması dalğalanıb.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0