Millinin qaldığı oteldə yanğın – AVRO-2020
14.06.2021 - 15:36
Millinin qaldığı oteldə yanğın – AVRO-2020

AVRO-2020-nin iştirakçısı olan Slovakiya millisinin qaldığı oteldə yanğın baş verib.

Apasport.az saytının məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərindəki “Avropa” otelində yaşanıb.

Yanğını söndürmək üçün bir qrup yanğınsöndürən otelə gəlib. Onlar mətbəxdə başlayan təhlükənin böyüməsinin qarşısını ala bilib. 

Qeyd edək ki, Slovakiya AVRO-2020-də ilk oyununu sabah Polşaya qarşı keçirəcək.