Olimpiadanın ev sahibi bilindi - 2032-ci ilin
21.07.2021 - 12:46
2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarışlar Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.
Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi verib.
Qurumun sessiyasında Yay Olimpiya və Paralimpiya Oyunlarının “Yaşıl qitə”də keçirilməsi qərara alınıb.
Bu, Avstraliyada təşkil olunacaq 3-cü Olimpiadadır. 1956-cı ildə Melburn, 2000-ci ildə Sidney Oyunlara ev sahibliyi edib.
Qeyd edək ki, Olimpiada 2024-ü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0