İngiltərənin “Liverpul” klubunun futbolçuları misirli hücumçu Məhəmməd Salah və fransalı hücumçu İbrahima Konate Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi oyunçularını yarışa buraxmaqdan imtina edib.
Misir və Fransa futbol federasiyaları “Liverpul”a xahişlə bağlı rəsmi müraciət etsə də, imtina cavabı alıb. Mersisaydlılar yeni mövsümə tam heyətlə hazırlaşmağa qərar verib.
Qaydalara əsasən istənilən klub futbolçusunun Olimpiya Oyunlarına yollanmasına qadağa qoymaq hüququna malikdir. Çünki yarış FİFA tərəfindən tanınmır.
Qeyd edək ki, Premyer Liqa avqustun 14-də start götürəcək. Olimpiya Oyunları isə iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”