İspaniya yığması AVRO-2020-yə İsveçə qarşı oyunla start verib.
Apasport.az saytının məlumatına görə, bu görüş birincilərin futbolçusu Pedri üçün əlamətdar olub.
Start heyətində meydana daxil olan “Barselona”nın yarımmüdafiəçisi böyük turnirlərdə iştirak edən ən gənc ispaniyalı futbolçu kimi tarixə düşüb. O, 18 yaş 201 günlüyündə qitə birinciliyində debüt edib. Əvvəllər bu rekord “Barselona”nın daha bir yetirməsi Sesk Fabreqasa məxsus olub. Fabreqas DÇ-2006-da 19 yaş 14 günlüyündə Ukrayna ilə matçda oynayıb.
Qeyd edək ki, İspaniya və İsveçin yer aldığı E qrupunun ilk oyununda Slovakiya Polşa üzərində 2:1 hesablı qələbə qazanıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”