UEFA Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenə jest edib.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu ulduz futbolçunu AVRO-2020-nin final matçına dəvət edib.
Eriksenlə yanaşı, onun həyat yoldaşı, həmçinin Finlandiya ilə qarşılaşma zamanı huşunu oyunçunu xilas edən həkimlər də həlledici qarşılaşmaya dəvətlidirlər. Danimarka millisi turnirdə finala yüksəlsə də, yüksəlməsə də, Eriksen qəbul edəcəyi təqdirdə, iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək final matçının fəxri qonağı olacaq.
Qeyd edək ki, iyunun 12-də keçirilən Danimarka – Finlandiya (0:1) görüşünün birinci hissəsində huşunu itirən və ürəyi dayanan Kristian Erikseni təxminən 15 dəqiqəlik tibbi müdaxilə nəticəsində həyata qaytarmaq mümkün olub. Sonradan 29 yaşlı pleymeykerin infarkt keçirdiyi açıqlanıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”