Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi yeni rekord vurub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, komandamız bu uğura Belarusda keçirilən II MDB Oyunlarında imza atıb.
Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıb. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) Oyunları bürünc mükafatla bitiriblər. Bununla da I MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat yüksəliş qeydə alınıb.
Komanda 4 gümüş və 6 bürünc medal əldə etməklə ikinci ilki də rəsmiləşdirib. Boksçularımız mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdirib. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma 3 medalı 5-ə, oğlanlardan ibarət komanda 2 mükafatı 5-ə yüksəldib.
2 il öncə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında isə boksçularımızın qazancı 5 “bürünc” olub. Belarusda, həmçinin 4 gümüş medal əldə etməklə, mükafatların əyarında da ilk yaşanıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək