Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Bu gün baş tutan finalda Nicat Hüseynov (54 kq) rusiyalı Roman Osipovla döyüşüb. O, rəqibini məğlub edərək çempion tituluna yiyələnib.
Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar.
Beləliklə, yığma Beynəlxalq Universitet İdman Festivalını 7 medalla bitirib. Daha öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata sahib olub.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
- Paris-2024 medalları dəyişdirilir: Azərbaycan idmançılarına yeniləri veriləcək
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək