Cengiz Ünder “Beşiktaş”da - RƏSMİ
08.09.2025 - 11:16

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “qara qartallar” “Fənərbaxça”da çıxış edən Cengiz Ünderi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı vinger bir illik icarə əsasında İstanbul təmsilçisinin formasını geyinəcək.
Müqavilədə satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Cengiz Ünder 2023-cü ildə “Marsel”dən “Fənərbaxça”ya 15 milyon avroya transfer olunmuşdu.
0
0