İslam Oyunları: Həsrət Cəfərov yarımfinalda - YENİLƏNİR
18.11.2025 - 12:25
İslam Oyunları: Həsrət Cəfərov yarımfinalda - YENİLƏNİR

Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.

Apasport.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) qırğızıstanlı Razzak Beişekeyevlə üz-üzə gəlib.

Təmsilçimiz 5:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.