Millimizdən tarixi nəticə - YENİLƏNİB
27.03.2026 - 21:02
Millimizdən tarixi nəticə - YENİLƏNİB

Azərbaycan millisi "FIFA Series 2026" beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.

Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.

Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.

“FIFA Series – 2026”
19:00. Azərbaycan – Sent Lüsiya 6:1
Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64, V. İsgəndərli, 86, R. Əhmədzadə, 89 - D. Filip, 52-p.

Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu