“Sabah” fərqi 2-yə yüksəltdi - YENİLƏNİR
25.01.2026 - 18:55
“Sabah” fərqi 2-yə yüksəltdi - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XIX tura yekun vurulacaq.

Apasport.az xəbər verir ki, turun sona matçında "Sabah" "Karvan-Yevlax"ı qəbul edəcək. 

Bank Respublika Arenada baş tutacaq görüşə saat 18:30-da start veriləcək. 

Qeyd edək ki, "Sabah" çempionluq yolunda əsas rəqibi "Qarabağ"ı 1 xal qabaqlayaraq turnir cədvəlinə liderlik edir. Masazır təmsilçisi 3 xalı qazanacağı təqdirdə Ağdam klubunu 4 xal qabaqlayaraq mövqeyini möhkəmləndirəcək. 

Autsayder "Karvan" isə 3 xalı qazanarsa, ən yaxın rəqibi "Qəbələ" ilə xal fərqini 1-ə endirəcək. 

Misli Premyer Liqası
XIX tur

18:30. “Sabah” - “Karvan-Yevlax”  - 2:0

Qol: A. Maluda, 10, 22

Baş hakim: Rauf Cabarov
“Bank Respublika Arena”